Bakı. Trend:
Xaçmaz rayonunda 23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunub.Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev dövlət qulluqçularını peşə bayramları münasibətilə təbrik edib, məsul vəzifələrində onlara uğurlar arzulayıb.
Qeyd edib ki, müstəqillik qazanan Azərbaycanda dövlət qulluğunun formalaşması və inkişafında ümummilli lider Heydər Əliyevin xüsusi xidmətləri olub. 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu ölkəmizdə bu sahədə vahid dövlət siyasətinin formalaşdırılmasının əsasını qoyub. Ulu Öndərin əsasını qoyduğu dövlətçilik konsepsiyası hazırda Prezident İlham Əliyev tərəfindən yüksək peşəkarlıqla davam etdirilir.
Çıxış edənlər Xaçmaz rayonunda dövlət qulluğu üçün kadrların
seçilməsi, yerləşdirilməsi, onların ixtisas hazırlıqlarının
artırılması, attestasiyası, sosial müdafiəsi və digər məsələlərin
diqqət mərkəzində saxlanılmasını yüksək qiymətləndiriblər.
Göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban
Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Tədbirdə Prezident İlham Əliyevin sərəncamı ilə “Dövlət
qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunan Xaçmaz Rayon
İcra Hakimiyyəti başçısı aparatında Sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş şöbəsinin məsləhətçisi Quliyeva Sevil Fikrət
qızı təbrik edilib.
Bundan başqa dövlət qulluğunda fərqlənən bir qrup şəxslər Xaçmaz
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tərəfindən fəxri
fərmanla təltif olunub.
Həmçinin peşə bayramı günündə 65 yaşı tamam olan Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı aparatında Hüquq şöbəsinin müdiri Nazir Vəlibəyov fəxri fərman və qiymətli xatirə hədiyyəsi ilə mükafatlandırılıb.