...

Bakıda temperatur normadan yüksək olub - FAKTİKİ HAVA

Cəmiyyət Materials 29 İyun 2023 11:16 (UTC +04:00)
Bakıda temperatur normadan yüksək olub - FAKTİKİ HAVA

Bakı. Trend:

Faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 29-u saat 10:00-a olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Düşən yağıntının miqdarı: Balakəndə 10 mm, Göygöldə 9 mm, Daşkəsən, Gədəbəydə 8 mm, Qax, Gəncə, Şəmkir, Tovuz, Oğuz, Qəbələ, Şəki, Şahdağ, Mingəçevir, Göyçayda 2 mm-dək olub.

Külək: Şimal-qərb küləyi arabir Daşkəsəndə 23 m/s, Sabirabadda 17 m/s, Bakıda və Abşeron yarımadasında 20 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.7 metrə çatıb.

Havanın maksimal temperaturu: İyunun 28-də Bakıda iqlim normasından 2 dərəcə yuxarı olub, Bakıda və Abşeron yarımadasında 30 dərəcəyədək, Naxçıvan MR-da 33-35 dərəcə, dağlıq rayonlarda 20-24 dərəcə, aran rayonlarında 35 dərəcəyədək isti olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti