...

Dövlət Proqramı çərçivəsində xaricdə təhsil üzrə sənəd qəbulu davam edir

Cəmiyyət Materials 9 İyul 2023 06:28 (UTC +04:00)
Dövlət Proqramı çərçivəsində xaricdə təhsil üzrə sənəd qəbulu davam edir
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na 2023-2024-cü tədris ili üzrə sənəd qəbulu davam edir.

Elm və Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Dövlət Proqramına müraciətlər iyulun 14-dək davam edəcək. Proqrama prioritet ixtisas sahələri ilə yanaşı, cari ildə “Times Higher Education”, “QS World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai)” reytinq sistemlərində yalnız universitetlər üzrə top onluqda yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan, müvafiq siyahıda yer almayan istənilən ixtisas sahəsi üzrə bakalavriat və magistratura proqramlarına qəbul olmuş şəxslər də müraciət edə bilərlər.

Proqrama müraciət edən namizədlərin seçimi iki mərhələdən ibarətdir. İlk mərhələdə namizəd tələb olunan sənədləri elektron ərizə sistemində yaratdığı “Şəxsi kabinet”ə əlavə etməklə ərizəni təsdiq etməlidir. Müvafiq seçim qaydalarının tələblərinə uyğun gələn namizədlərin müraciətləri dəyərləndirilir və müsbət qiymətləndirilən şəxslər aidiyyəti üzrə növbəti mərhələyə buraxılırlar.

Müvafiq elanın mətni ilə nazirliyin saytından tanış olmaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti