...

MOK-un baş katibi Özbəkistanda keçirilən növbədənkənar prezident seçkilərini müşahidə edib

Cəmiyyət Materials 10 İyul 2023 19:57 (UTC +04:00)
MOK-un baş katibi Özbəkistanda keçirilən növbədənkənar prezident seçkilərini müşahidə edib

Bakı. Trend:

Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev Özbəkistanda keçirilən növbədənkənar prezident seçkilərini müşahidə edib.

Trend xəbər verir ki, Özbəkistanda keçirilən növbədənkənar prezident seçkilərilə əlaqədar bir sıra idman qurumlarının rəsmiləri müşahidəçi qismində Daşkənddəki seçki məntəqələrində olublar.

Növbədənkənar prezident seçkilərini müşahidə edən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev Gənclər Siyasəti və İdman Nazirliyində də olub. Görüşlərdə nazir Adxam İkramov, Özbəkistan MOK-un baş katibi Oybek Kasimov və Komitənin sədr müavini Azizjon Kamilov ilə dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar, həmçinin idman sahəsində yeni layihələr də müzakirə olunub.

Özbəkistanda növbədənkənar prezident seçkilərini izləyən xarici ekspertlər seçkilərin yüksək səviyyədə təşkil olunduğunu qeyd ediblər. Özbəkistanla əlaqələrin daha da möhkəmləndirilməsində maraqlı olduqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti