Bakı. Trend:
2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda nəqliyyatçılar 894,4 milyon sərnişinə xidmət göstəriblər.
Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Sərnişinlərin 87,3 faizi avtomobil nəqliyyatı, 12,2 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 781,1 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,3 faiz artım qeydə alınıb.
Sərnişinlərin 95,2 faizi avtobus, 4,8 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib, sərnişin dövriyyəsi 17,5 faiz artıb.
Hava nəqliyyatı ilə isə 1233,3 min və ya 49,5 faiz çox sərnişin daşınıb, daşımaların 99,8 faizi dövlət, 0,2 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilmişdir.