...

Qarabağda yeni müəssisələrin yaradılması peşəkar kadrlara tələbatı artırır - Afət Həsənova

Cəmiyyət Materials 21 İyul 2023 16:10 (UTC +04:00)
Qarabağda yeni müəssisələrin yaradılması peşəkar kadrlara tələbatı artırır - Afət Həsənova

Bakı. Trend:

Bu gün işğaldan azad edilmiş ərazilərdə sürətli bərpa və quruculuq işləri həyata keçirilir. Görülən işlər arasında təhsil infrastrukturunun da bərpası, o cümlədən yeni məktəblərin tikilməsi önəmli yer tutur.

Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Afət Həsənova deyib.

Afət Həsənova Kəlbəcər və Laçında tikintisi planlaşdırılan peşə məktəblərindən söz açıb: “Bu gün Azərbaycanda peşə təhsilinin genişləndirilməsinə ehtiyac var. Nəzərə alsaq ki, işğaldan azad edilmiş ərazilərdə yeni müəssisələrin yaradılması, yeni iş yerlərinin açılması peşəkar kadrlara tələbatı artırır, peşə təhsilinin zərurəti daha da böyüyür. Bu baxımdan Kəlbəcər və Laçında peşə məktəblərinin tikilməsi böyük əhəmiyyətə malikdir və çox sevindirici haldır.

Ümumiyyətlə peşə təhsili ölkənin sosial-iqtisadi inkişafına təkan verən aparıcı təhsil pilləsidir. Peşə təhsili eyni zamanda işsizliyin və yoxsulluğun aradan qaldırılmasına, gənclər arasında məşğulluğun təmin edilməsində mühüm rol oynayır”, - deyə deputat bildirib.

A.Həsənova qeyd edib ki, Azərbaycanın iqtisadi inikişafı, o cümlədən ölkəmizdə son illər sənaye sahəsində əldə edilən uğurlar, işğaldan azad edilmiş ərazilərin bərpası, yeni müəssisələrin yaradılması yeni ixtisaslı kadrlara tələbatı xeyli artırıb.

“Bu tələbatın yerli kadrlar hesabına təmin edilməsi çox vacib önəm daşıyır. Lakin Azərbaycanda əhali arasında peşə təhsilinə maraq o qədər də yüksək deyil. Bu baxımdan əhali arasında peşə təhsilinə marağın artırılması istiqamətində maariflərndirmə işləri aparılmalıdır.
Bir çox hallarda valideyinlər övladlarının əsasən ali təhsil müəssiələrinə daxil olmasını istəyirlər. Müqayisə üçün bildirim ki, inkişaf etmiş ölkələrdə orta təhsil məktəblərini bitirənlərin şagirdlərin 40-60 faizi peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunursa, Azərbaycanda bu rəqəm 11 faizdən azdır. Bu haxımdan hesab edirəm ki, həm peşə təhsilinin əhatəsinin genişləndirilməsi, peşə təhsilinin keyfiyyətinin artılması və əhali arasında maarifləndirmə işlərinin aparılmasına böyük ehtiyac var”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti