Bakı. Trend:
Bu ilin oktyabrında AMEA Nəsimi adına Dilçilik İnstitutunda “Qərbi Azərbaycan toponimləri” mövzusunda respublika elmi konfransı keçiriləcək.
Bu barədə Trend-ə institutdan məlumat verilib. Bildirilib ki, mövzu üzrə məqalələr Azərbaycan, türk, rus və ingilis dillərində qəbul olunur.
Konfransda iştirak etmək istəyənlər məqalələri sentyabrın 25-dək [email protected] ünvanına göndərilməlidirlər. Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilmir.