...

Hesab.az və AccessBank Hesab debet kartını təqdim edirlər

Cəmiyyət Materials 24 İyul 2023 16:46 (UTC +04:00)
Hesab.az və AccessBank Hesab debet kartını təqdim edirlər

Bakı. Trend:

GoldenPay/Hesab.az və AccessBank ödənişləri daha qazanclı və sərfəli etmək üçün Hesab debet kartını təqdim edir.

Trend xəbər verir ki, bu kart AccessBank-ın tərəfdaşı olduğu məkanlarda edilən ödənişlər zamanı 30%-dək kəşbək, Hesab.az platforması üzərindən edilən onlayn ödəmələr zamanı isə ikiqat koinlər qazandırır. Kartda həmçinin SMS bildiriş və 3D təhlükəsizlik funksiyaları da ödənişsizdir. Tezliklə kartda kredit imkanları da istifadəyə veriləcək.

Hesab debet kartı ödənişsizdir və ünvana çatdırılması da ödənişsiz həyata keçirilir.

Kartı Hesab.az mobil tətbiqində və ya veb-saytında Hesab kart bölməsindən sifariş etmək olar: https://hesab.az/#/hesab-card-order

Hesab debet kartını həmçinin AccessBank filiallarına yaxınlaşaraq da sifariş etmək mümkündür. Kartı sifariş etmək üçün şəxsiyyət vəsiqəsini təqdim etmək kifayətdir.

Ölkənin ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

Fəaliyyətə başladığı ilk gündən şirkətin başlıca məqsədi insanların ödəmə vərdişlərini dəyişdirərək vaxta qənaət etmələrinə kömək etməkdir. Bu səbəbdən də 2011-ci ilin aprel ayında şirkət Hesab.az onlayn ödəmə portalını yaratdı. Platforma vasitəsilə kommunal, stasionar və mobil rabitə, internet, bank və mağaza kreditləri, parkinq ödənişləri etmək, onlayn sığorta alışı, kinoteatr biletləri və s. əldə etmək mümkündür.

GoldenPay/Hesab.az şirkətinin fəaliyyəti haqqında daha ətraflı məlumatı www.hesab.az saytından, *0713 Çağrı Mərkəzindən və ya platformanın Facebook, İnstagram səhifələrindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti