...

Məktəbəhazırlıq qruplarına qəbul başlayır

Cəmiyyət Materials 27 İyul 2023 11:12 (UTC +04:00)
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Məktəbəhazırlıq qruplarına qəbul başlayır.

Elm və Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 9-da saat 11:00-dan 2023-2024-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start verilir. Qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 11 avqust saat 11:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 15 avqust saat 11:00-da aktiv ediləcək.

Qeyd edək ki, 2023-2024-cü tədris ilindən özəl ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul da mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti