...

Azərbaycanlı məşhur Xalq artistinin qardaşı VƏFAT ETDİ

Cəmiyyət Materials 28 İyul 2023 22:35 (UTC +04:00)
Azərbaycanlı məşhur Xalq artistinin qardaşı VƏFAT ETDİ

Bakı. Trend:

Azərbaycanın Xalq artisti, aktrisa Şəfiqə Məmmədovanın qardaşı, Rusiyanın Əməkdar incəsənət xadimi, rejissor, aktyor Məmməd Haşım oğlu Məmmədov Rusiyanın Moskva şəhərində vəfat edib.

Trend-in məlumatına görə, bu barədə "Azərbaycanfilm" kinostudiyasının "facebook" səhifəsində bildirilib.

Qeyd olunub ki, Məmməd Məmmədov 1976-1989-cu illərdə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş bir neçə filmdə əsas rolların ifaçısı olub.

“Azərbaycanfilm” kinostudiyasının rəhbərliyi və kollektivi adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!", - deyə bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti