Bakı. Trend:
“MasterCard” şirkəti Bakı-Sumqayıt şəhərətrafı qatarlarda “Apple Pay” və “Google Pay”ın təmassız gediş haqqı ilə bağlı yaranan problemlərə münasibət bildirib.
"MasterCard"-ın mətbuat xidmətindən Trend-ə bildirilib ki, şirkət "Azərbaycan Dəmiryolları" QSC-yə məxsus qatarlarda bank kartı ödənişlərinin qəbulu ilə bağlı bəzi qısamüddətli NFC problemlərinin olduğundan xəbərdardır.
"Problemləri aradan qaldırmaq üçün bankla yaxından təmasdayıq", - deyə bildirilib.
Qeyd edək ki, bundan əvvəl Bakı-Sumqayıt marşrutu üzrə gediş haqqını “Apple Pay” və ya “Google Pay” vasitəsilə ödəyərkən həmin məbləğin iki dəfə çıxıldığını bildirilirdi.