...

Qarabağ kanalının daşmasına görə sakinlər təxliyə edilir (FOTO)

Cəmiyyət Materials 2 Avqust 2023 20:40 (UTC +04:00)
Qarabağ kanalının daşmasına görə sakinlər təxliyə edilir (FOTO)

Bakı. Trend:

Bu gün Qarabağ kanalının daşması nəticəsində Bərdə rayonunun Qaraqoyunlu kəndində yaranmış fəsadların aradan qaldırıması istiqamətində tədbirlər görülür.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları və digər aidiyyəti qurumlar tərəfindən müvafiq işlər həyata keçirilir.

Bildirilib ki, polis əməkdaşları sakinlərin və onların əmlakının təhlükəsiz şəkildə təxliyə edilməsi üçün zəruri tədbirləri davam etdirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti