Bakı. Trend:
Bakıda kafedə soyğun olub.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iyulun 29-na keçən gecə Xətai rayonu X.Məmmədov küçəsində yerləşən kafelərin birindən 4000 manat dəyərində məişət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Xətai Rayon Polis İdarəsi 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakini Röyal Qəmbərov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.