...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 21 Avqust 2023 15:47 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda son bir həftədə (14.08.2023-20.08.2023) koronavirus (COVID-19) əleyhinə 166 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, həftə ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38, üç və daha çox doza vaksin vurduranların sayı 89, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 10 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 968 857, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 413 152, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 309, üç və daha çox doza vaksin vurduranların sayı 3 405 014, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 382 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti