...

Vəkil Fuad Qəşəmov nüfuzlu beynəlxalq təşkilata üzv oldu

Cəmiyyət Materials 25 Avqust 2023 12:58 (UTC +04:00)
Vəkil Fuad Qəşəmov nüfuzlu beynəlxalq təşkilata üzv oldu

Bakı. Trend:

"Legalize" hüquq şirkətinin təsisçi-partnyoru Fuad Qəşəmov dünyanın ən nüfuzlu təşkilatlarından biri olan İmtiyazlı Arbitrlər İnstitutuna (Chartered Institute of Arbitrators - CIArb) yüksək dərəcəli üzv (Fellow) olmaq üçün bütün mərhələləri uğurla tamamlayıb.

“CIArb” təşkilatının rəsmi internet saytındakı məlumatlara əsasən, Fuad Qəşəmov Azərbaycandan bu təşkilatın üzvü olan sayca 4-cü şəxsdir.

“CIArb” ixtisaslaşmaq və təcrübə əldə etmək üçün alternativ mübahisələrin həlli üzrə ideal beynəlxalq mərkəzdir. Təşkilat 1 mart 1915-ci ildə təsis edilib və 1979-cu ildə Kraliça II Yelizaveta tərəfindən kral xartiyasına layiq görülüb.

Təşkilatın 149 ölkədən 17,000-dən çox üzvü var, bu say daim artmaqda davam edir və 42 filialdan ibarət beynəlxalq şəbəkə tərəfindən dəstəklənir. Azərbaycan “CIArb” təşkilatının Avropa filialını təşkil edən ölkələr sırasındadır.

“CIArb” arbitrlər, mediatorlar və mübahisələrin alternativ həlli ilə məşğul olan şəxsləri təhsil və təlimlərlə təmin edir. Bu təşkilat, həmçinin praktik hüquqşünaslar, mühəndislər, siyasətçilər, akademiklər və bizneslə məşğul olan şəxslər üçün qlobal mərkəz rolunu oynayır, bütün alternativ mübahisələrin həlli metodlarının qlobal təşviqini, asanlaşdırılmasını və inkişafını dəstəkləyir. “CIArb” haqqında daha ətraflı məlumat almaq üçün aşağıdakı linkə keçid edə bilərsiniz: https://www.ciarb.org

Təşkilatın yüksək dərəcəli üzvü (Fellow) statusunu əldə etmiş Fuad Qəşəmov artıq “FCIArb” titulundan istifadə etmək hüququna malikdir.

Hazırda Fuad Qəşəmov Böyük Britaniyanın Aberdin Universitetində “Mübahisələrin həlli” ixtisası üzrə magistr təhsilini davam etdirir. O, 25 avqust 2014-cü ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. Fuad Qəşəmov eyni zamanda Vəkillər Kollegiyasının yeni yaradılmış Biznes Komitəsinin üzvüdür. O, həmçinin Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Müqavilələrin icrası, mübahisələrin həlli, müəssisənin bağlanması və müflisləşmə, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun üzvüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti