...

Bakıda qadın metronun yaxınlığında bıçaqlandı (VİDEO)

Cəmiyyət Materials 29 Avqust 2023 15:27 (UTC +04:00)
Bakıda qadın metronun yaxınlığında bıçaqlandı (VİDEO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda qadın metrostansiyanın yaxınlığında bıçaqlanıb.

Trend-in xəbərinə görə, hadisə bu gün Yasamal rayonu, metronun “İnşaatçılar” stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, qadın tanışı tərəfindən şəxsi münasibətlər zəminində bıçaq xəsarətləri alıb.

Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, cinayət əməlini törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti