...

Sertifikasiya imtahanının nəticələri dərs bölgüsünə təsir edəcək?

Cəmiyyət Materials 29 Avqust 2023 17:27 (UTC +04:00)
Sertifikasiya imtahanının nəticələri dərs bölgüsünə təsir edəcək?
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Sertifikasiya imtahanının nəticələrinin dərs bölgüsünə təsiri olmayacaq.

Trend xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.

"Bu tip məsələlər məktəbdaxili veriləcək qərarlardır. Ona görə biz bu çərçivədə sərt qərarlar vermirik. Müəllimin sertifikasiyada aşağı nəticə göstərməsi onun dərs saatlarının azaldılmasına əsas vermir", - deyə o əlavə edib.

Qeyd edək ki, Nazirlər Kabinetinin 18 avqust 2022-ci il tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində 51 baldan yuxarı nəticə göstərənlərin vəzifə maaşları 35%, keçid balını toplayan digər təhsilverənlərə isə 10% aylıq əlavələr ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti