...

Kürdəmirdə qeydə alınmış zəlzələ nəticəsində dağıntı və xəsarət barədə məlumat daxil olmayıb - FHN

Cəmiyyət Materials 3 Sentyabr 2023 21:28 (UTC +04:00)
Kürdəmirdə qeydə alınmış zəlzələ nəticəsində dağıntı və xəsarət barədə məlumat daxil olmayıb - FHN

Bakı. Trend:

Kürdəmir rayonunda qeydə alınmış 5 maqnitudalı zəlzələ nəticəsində hələlik hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

Bu barədə Trend-ə nazirlikdən bildirilib.

“Zəlzələ nəticəsində hazırkı vaxtadək hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb”, - qurum diqqətə çatdırıb.

Qeyd edək ki, bu gün Kürdəmir rayonunda 5,2 maqnitudalı zəlzələ olub.

Təbiət hadisəsi yerli vaxtla saat 20:38-də qeydə alınıb.

Yeraltı təkanlar Ağdam, Saatlı, Beyləqan, Mingəçevir, Yardımlı, Qəbələ rayonlarında hiss olunub.

Xəbər lenti

Xəbər lenti