...

Qalmaqallı müavinin yerinə təyinat oldu

Cəmiyyət Materials 5 Sentyabr 2023 14:18 (UTC +04:00)
Qalmaqallı müavinin yerinə təyinat oldu
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Lənkəran Şəhər İcra Hakimiyyətində yeni təyinat olub.

Trend-in məlumatına görə, bununla bağlı rayonun icra başçısı Taleh Qaraşov sərəncam imzalayıb.

Sərəncama əsasən, Ülviyyə Əliyeva icra başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Ü.Əliyeva buna qədər Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsində çalışıb. O, hazırkı vəzifəsində ötən il cinayət məsuliyyətinə cəlb edilərək vəzifəsindən azad olunan Rasilə Arifqızını əvəz edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti