...

İƏT Azərbaycanın azad edilmiş əraziləri ilə bağlı hesabat hazırlayacaq

Cəmiyyət Materials 5 Sentyabr 2023 19:23 (UTC +04:00)
İƏT Azərbaycanın azad edilmiş əraziləri ilə bağlı hesabat hazırlayacaq
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) nümayəndə heyəti ilə görüş keçirib.

ANAMA-dan Trend-ə bildiriblər ki, Samir Poladov ölkəmizin işğaldan azad edilmiş ərazilərində mövcud mina və partlamamış hərbi sursat problemi, həmin problemin insan həyatına qarşı törətdiyi ciddi təhdid, ərazilərin bərpa və yenidənqurulması işlərinə yaratdığı maneələr, eləcə də mina təhlükəsi ilə mübarizə istiqamətində icra edilən fəaliyyət barədə qarşı tərəfə məlumat verib.

Nümayəndə heyəti, Gəncə şəhərinə səfərləri zamanı Vətən müharibəsi dövründə düşmənin raket hücumlarına məruz qalmış yaşayış ərazisinə baş çəkdiklərini, gördüklərindən dəhşətə gəldiklərini ifadə ediblər. Habelə, səfər çərçivəsində Ağdam və Füzuli rayonlarında dini, mədəni və tarixi abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması, əsasən mülki təyinatlı ərazilərin minalarla ciddi şəkildə çirkləndirilməsinin şahidi olduqlarını bildiriblər.

Həmçinin işğaldan azad olunmuş Azərbaycan ərazilərində əldə etdikləri faktlara dair müvafiq hesabat hazırlayaraq, beynəlxalq ictimaiyyətə təqdim edilməsi niyyətində olduqlarını vurğulayıblar.

Qeyd edək ki, sentyabrın 3-də İƏT MDİHK nümayəndə heyətinin işğaldan azad edilmiş Ağdam rayonuna səfəri başlayıb.

Sentyabrın 6-na kimi ölkəmizdə səfərdə olacaq nümayəndə heyəti Ağdam, Füzuli rayonlarında və Gəncə şəhərində faktaraşdırıcı missiya keçirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti