...

Qaxa güclü dolu və leysan yağdı

Cəmiyyət Materials 8 Sentyabr 2023 02:42 (UTC +04:00)
Qaxa güclü dolu və leysan yağdı

Bakı. Trend:

Dünən axşam saatlarından Şimal-Qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunur.

Trend xəbər verir ki, Qax şəhər ərazisinə təqribən 5 dəqiqə davam edən dolu düşüb.

Güclü külək və yağış nəticəsində şəhərin Heydər Əliyev prospektində 2 ədəd ağac aşıb. Şəhərdən keçən kanalın daşması nəticəsində su avtomobil yoluna dolub. Əraziyə elektrik enerjisinin verilişi dayandırılıb.

Hazırda güclü leysan yağışı davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti