...

Bakı Mühəndislik Universitetinin yeni rektoru kollektivə təqdim olundu (FOTO)

Cəmiyyət Materials 14 Sentyabr 2023 18:31 (UTC +04:00)
Bakı Mühəndislik Universitetinin yeni rektoru kollektivə təqdim olundu (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru vəzifəsinə təyin edilən Yaqub Piriyev sentyabrın 14-də müəssisə kollektivinə təqdim olunub.

Bu barədə Trend-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Tədbirdə iştirak edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov Yaqub Piriyevin təhsil sistemindəki səmərəli fəaliyyətini vurğulayıb və göstərilən yüksək etimadı doğruldacağına əminliyini ifadə edib.

BMU-nun yaradılması tarixi və fəaliyyətinə toxunan nazir müavini sözügedən ali təhsil müəssisəsinin ölkəmizin sosial-iqtisadi inkişafında müstəsna rolunun olduğunu deyib. BMU-da yüksəkixtisaslı mühəndis kadrlarının hazırlanması üçün icra olunan ikili diplom proqramı və digər layihələrə diqqət çəkən Firudin Qurbanov yeni rektorun qarşısında duran məqsəd və vəzifələri vurğulayıb.

Sonda rektor Yaqub Piriyev ona göstərilən etimada görə minnətdarlığını bildirib və üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəyini söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti