Bakı. Trend:
Bakıda yarımstansiyada yanğın olub.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bakı şəhərinin Pirallahı rayonunda ümumi sahəsi 180 m² olan yarımstansiyanın içərisində 22 ədəd elektrik paylayıcı qurğu və 140 p.m kabel yanıb.
Yarımstansiya və paylayıcı qurğuların qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;