...

Bu il Şuşa və Zabuxdakı məktəblər istifadəyə veriləcək - Nazir (FOTO)

Cəmiyyət Materials 15 Sentyabr 2023 13:54 (UTC +04:00)
Bu il Şuşa və Zabuxdakı məktəblər istifadəyə veriləcək - Nazir (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Füzuli. Trend:

Bu il Şuşa şəhərində yeni məktəbin istifadəyə verilməsi planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Zabux qəsəbəsində 100-dən artıq şagird bu tədris ilinin sonuna kimi təhsilə qoşulacaq.

“Ağalı kəndində də məktəbimizin fəaliyyəti gündən-günə genişlənir. Ötən il orada cəmi 70-ə qədər şagird var idisə, artıq həmin məktəbdə 120 şagirdlə təhsili davam etdirir. Eyni zamanda, Talış kəndində də məktəbimizdə təhsil davam edir. Şuşa şəhərində olan 1 saylı məktəbdə tədrisin ikinci yarımildən təşkilini gözləyirik”, - deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti