...

Azad edilən ərazilərdə 8 peşə təhsili müəssisəsi tikiləcək - Nazir

Cəmiyyət Materials 15 Sentyabr 2023 14:17 (UTC +04:00)
Azad edilən ərazilərdə 8 peşə təhsili müəssisəsi tikiləcək - Nazir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Füzuli. Trend:

Füzuli şəhərində təməli qoyulan peşə təhsili liseyinin layihələndirmə işi bitib, noyabr ayından tikinti işlərinə başlanılacaq.

Trend-in məlumatına görə, bunu Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, işğaldan azad edilən ərazilərdə 8 peşə təhsili müəssisəsi tikiləcək.

"Verilmiş tapşırıq ondan ibarətdir ki, 8 peşə təhsil müəssisəsi tikilsin. Onların hər biri böyük həcmli komplekslər olacaq. Bunlardan birincisinin təməli Prezident İlham Əliyev tərəfindən qoyulub. Bu, Füzulidə yerləşən peşə təhsili liseyidir. Bu proseslə bağlı layihələndirmə işi bitdi. Noyabr ayından tikinti işlərinə başlanılacaq. 24 ay ərzində bitməsini proqnozlaşdırırıq. O cümlədən, Şuşa şəhərində də növbəti mərhələdə bu proses gedəcək”, - deyə nazir əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti