...

Şadlıq saraylarında menyular BAHALAŞIB - Toylar azalıb, qiymətlər isə yox

Cəmiyyət Materials 16 Sentyabr 2023 12:23 (UTC +04:00)
Şadlıq saraylarında menyular BAHALAŞIB - Toylar azalıb, qiymətlər isə yox
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda şadlıq saraylarında sifarişlərin sayı azalsa da, menyuların qiymətində bahalaşma qeydə alınıb.

İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) Trend-ə verilən məlumata görə, 2023-cü ilin avqust ayında şadlıq saraylarında sifarişlərin sayı 84.6 faiz azalıb.

Bu, avqustun Məhərrəm ayına təsadüf etməsi ilə bağlıdır. Bununla yanaşı, şadlıq saraylarında avqust ayında qiymətlər 4.2 faiz artıb.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 111,7%, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 113,4%, qeyri-ərzaq məhsulları üzrə 110,6%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,2% təşkil edib.

Bu ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,6%, ötən ilin avqust ayına nisbətən isə 108% təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti