...

Lənkəranda çay daşdı, sel suları evlərə doldu

Cəmiyyət Materials 18 Sentyabr 2023 11:35 (UTC +04:00)
Lənkəranda çay daşdı, sel suları evlərə doldu
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

İntensiv yağan yağışlar Lənkəranda bir sıra fəsadlar törədib.

Trend xəbər verir ki, Cənub bölgəsinə yağan yağış nəticəsində Lənkərançay məcrasından çıxıb.

Rayonun əsasən Sütəmurdov kəndində və çay kənarında olan evlərə, həyətyanı sahələrə sel suları dolub.

Aidiyyəti qurumlar fəsadların aradan qaldırılması üçün əraziyə cəlb olunublar.

Qeyd edək ki, senytabrın 18-i saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində arabir leysan xarakterli yağış yağıb, ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub. Şahdağda, Zaqatala rayonunun dağlıq ərazilərində qar yağıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti