...

Azərbaycanda energetika sahəsində fəaliyyət növləri müəyyən edilir

Cəmiyyət Materials 18 Sentyabr 2023 12:02 (UTC +04:00)
Azərbaycanda energetika sahəsində fəaliyyət növləri müəyyən edilir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda energetika sahəsində fəaliyyət növləri müəyyən edilir.

Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Energetika haqqında” yeni qanun layihəsi deputatların müzakirəsinə təqdim edilib.

Qanun layihəsinə əsasən, energetika sahəsində aşağıdakı fəaliyyət növləri həyata keçirilir:

- enerji resurslarının kəşfiyyatı;

- enerji resurslarının işlənməsi və hasilatı;

- enerji resurslarının emalı;

- enerjinin istehsalı;

- enerjinin saxlanılması;

- enerjinin nəqli (ötürülməsi);

- enerjinin paylanması;

- enerjinin idxalı və ixracı;

- enerjinin topdan və (və ya) pərakəndə satışı;

- təbii qaz və elektrik enerjisi bazarlarının fəaliyyətinin təşkili.

Qeyd edək ki, qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndinə uyğun olaraq, energetika sahəsində fəaliyyətin ümumi hüquqi, iqtisadi və idarəetmə əsaslarını, habelə enerji təhlükəsizliyinin təmin edilməsinin, sağlam rəqabət mühitinin formalaşdırılmasının, davamlı iqtisadi inkişafın dəstəklənməsinin, istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və təhlükəsiz enerji ilə təmin edilməsinin mexanizmlərini müəyyən edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti