...

Bu rayonda qaz kəsiləcək

Cəmiyyət Materials 19 Sentyabr 2023 09:32 (UTC +04:00)
Bu rayonda qaz kəsiləcək
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Yevlaxda qaz təchizatı dayandırılacaq.

Bu barədə Trend-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinin sifarişi əsasında “Yeni Yevlax” ölçü qovşağının giriş hissəsində və “Yevlax-1” Qaz Paylayıcı Stansiyada şam xətti üzərində olan nasaz kranın dəyişdirilməsi ilə bağlı sentyabrın 19-da saat 09:00-dan işlər başa çatanadək “Yeni Yevlax” və “Yevlax 1-ci xətt” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Qeyd edilib ki, təmir işləri aparılan müddətdə Yevlax şəhəri daxil olmaqla, rayonunun bir hissəsinin qaz təchizatının dayandırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti