...

Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulu yekunlaşır - BU TARİXDƏN

Cəmiyyət Materials 19 Sentyabr 2023 18:40 (UTC +04:00)
Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulu yekunlaşır - BU TARİXDƏN
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Sabah “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2023-cü il üzrə ikinci sənəd qəbulu yekunlaşır.

Trend xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Dövlət Proqramına nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda xaricdə doktorantura səviyyəsində təhsil alan Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilərlər.

Müraciət üçün tələb olunan sənədlərin siyahısı, elanqeydiyyat linki müvafiq keçiddən əldə oluna bilər.

Qeyd edək ki, əlavə sual yarandığı zaman [email protected] elektron poçtuna müraciət ünvanlamaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti