...

Qida sahəsində fəaliyyət göstərən 4 müəssisədə nöqsanlar aşkarlanıb

Cəmiyyət Materials 23 Sentyabr 2023 05:18 (UTC +04:00)
Qida sahəsində fəaliyyət göstərən 4 müəssisədə nöqsanlar aşkarlanıb

Bakı. Trend:

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 9 ticarət müəssisəsi, o cümlədən 2 aptek və 2 ictimai iaşə müəssisəsində monitorinqlər keçirib. İstehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyan monitorinqlər zamanı 4 müəssisədə nöqsanlar müəyyən olunub.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Trend-ə verilən məlumata görə, həmin müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 4, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 1 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr haqqında link vasitəsilə məlumat almaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti