Bakı. Trend:
Dövlət İmtahan Mərkəzi tərəfindən 23 sentyabr 2023-cü il tarixində Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün xarici dil biliyinin “dinləyib-anlama” və “oxuyub-anlama” bacarığı üzrə, həmçinin, xarici dil və Azərbaycan dillərində analitik yazı bacarıqlarının yoxlanılması hissəsi keçirilib.
DİM-dən Trend-ə verilən məlumata görə, imtahan Bakı şəhərində 2 binada təşkil olunub.
İmtahanının keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 3 imtahan rəhbəri, 14 nəzarətçi‑müəllim ayrılıb. İmtahanda 140 nəfərin iştirakı nəzərdə tutulurdu.
İmtahan nəticələrinin danışıq bloku üzrə imtahanın nəticələri bir yerdə yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.
Xatırladaq ki, namizədlərin danışıq bloku üzrə imtahanı 24 sentyabr 2023-cü il tarixində keçiriləcək.
İmtahan iştirakçıları aşağıdakı link vasitəsilə “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi bina, zal, başlanma vaxtı və iştirakçının imtahan binasına gəlmə vaxtı qeyd olunub.
https://eservices.dim.gov.az/BRXV
Danışıq bloku imtahanının “demo- trenajor”u ilə buradan tanış olmaq mümkündür.