...

Bu ay üzrə sosial ödənişlər yekunlaşıb

Cəmiyyət Materials 27 Sentyabr 2023 10:30 (UTC +04:00)
Bu ay üzrə sosial ödənişlər yekunlaşıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi də başa çatdırılıb.

Bu barədə Trend-ə Nazirlikdən məlumat verilib.

Bundan əvvəl - sentyabrın 8-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, sentyabrın 15-də bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin sentyabr ayının pensiya ödənişləri həyata keçirilib.

Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti