...

Deyirlər, adına köhnə sovet maşını var, sənə yardım düşmür - Deputat ünvanlı sosial yardım qaydalarına dəyişiklik təklif etdi

Cəmiyyət Materials 2 Oktyabr 2023 12:19 (UTC +04:00)
Deyirlər, adına köhnə sovet maşını var, sənə yardım düşmür - Deputat ünvanlı sosial yardım
qaydalarına dəyişiklik təklif etdi
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Neçə illərdir ki, ünvanlı sosial yardım layihəsini təqdim edirik. Amma bu günə qədər bu yardımın effektini ortaya çıxaran yoxdur.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, həm ünvanlı sosial yardım, həm də məşğulluqla bağlı dinləmə olsa, yaxşı olar.

“15 ilə yaxındır ki, Azərbaycanda 150 milyondan 300 milyona qədər bu məsələyə vəsait sərf olunur. Bəlkə, ünvanlı sosial yardımın qaydalarında dəyişiklik olmalıdır ki, daha effektiv olsun. Birinə deyirlər "Adına köhnə sovet maşının var, sənə yardım düşmür", yaxud "Adına torpaq sahəsi var, sənə yardım düşmür", - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti