Xaçmaz Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların fərdi qaydada müraciət və təkliflərini dinləyib. Qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak edib.
Müraciətlər işlə təmin olunma, torpaq sahəsinin sənədləşdirilməsi, elektrik təsərrüfatının yenilənməsi, suvarma suyu ilə təchizatın yaxşılaşdırılması, yolların təmiri və digər sahələri əhatə edib.
Səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb, qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.