...

Qaxda avtomobillərdən silsilə oğurluqlar edən şəxslər saxlanılıb (FOTO/VİDEO)

Cəmiyyət Materials 6 Oktyabr 2023 14:07 (UTC +04:00)
Qaxda avtomobillərdən silsilə oğurluqlar edən şəxslər saxlanılıb (FOTO/VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabr ayı ərzində Qax şəhərində ayrı-ayrı şəxslərə məxsus avtomobillərdən silsilə oğurluqlar edilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən rayonun Qaxbaş kənd sakini – Aqşin Səfərli və onunla əlbir olan yetkinlik yaşına çatmayan şəxs tutularaq istintaqa təqdim ediliblər.

Araşdırma zamanı onların gecə saatlarında avtomobillərə daxil olaraq əsasən maqnitofon və səsgücləndiriciləri oğurladıqları məlum olub. Qeyd edək ki, saxlanılan şəxslər oğurluğa A.Səfərliyə məxsus “VAZ-21015” markalı nəqliyyat vasitəsi ilə gediblər. Saxlanılan zaman həmin avtomobilin yük yerindən oğurluq yolla əldə etdikləri əşyaların bir qismi maddi sübut kimi aşkar olunaraq götürülüb. Hər iki şəxs ifadəsində törətdikləri cinayəti etiraf ediblər.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti