...

Göbələk əmələ gəlir - Deputat şagirdlərin su qablarından ŞİKAYƏTLƏNİB

Cəmiyyət Materials 10 Oktyabr 2023 12:56 (UTC +04:00)
Göbələk əmələ gəlir - Deputat şagirdlərin su qablarından ŞİKAYƏTLƏNİB
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Müxtəlif yerlərdə şagirdlər üçün su qabları satılır. Bir neçə mağazada yoxlamışam. Satışda çox keyfiyyətsiz su qabları var.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında deputat Naqif Həmzəyev deyib.

O qeyd edib ki, buna ümumiyyətlə nəzarət olunmur.

"Bir neçəsini aldım, içərisində su saxladım, üç gündən sonra iy verir və orada göbələklər əmələ gəlir. Biz diqqətimizi torbaya yönəltmişik, amma böyük problem olan su qablarının monitorinqi aparılmalıdır. Ciddi nəzarət mexanizmi qurulmalıdır ki, uşaqlarımızı zəhərləməyək. Əks təqdirdə uşaqlarımız başqa xəstəliklərə yoluxacaq", - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti