...

Laçınlıların məşğuliyyəti daim diqqətdədir (FOTO)

Cəmiyyət Materials 14 Noyabr 2023 00:06 (UTC +04:00)
Laçınlıların məşğuliyyəti daim diqqətdədir (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Laçın. Trend:

Laçın rayonu Zerti Kəndində yerləşən Heyvandarlıq Seleksiya mərkəzində xırdabuynuzlu heyvanların cins tərkibinin yaxşılaşdırılması üçün müxtəlif sort keçi və qoyunlar saxlanılır.

Trend xəbər verir ki, Zerti kəndindəki Aqro və Sənaye parkında fəaliyyətə başlayan müəssisələrdən biri də Heyvdandarlıq Seleksiya Mərkəzidir. Mərkəzdə hər biri 240 kvadratmetr olan 5 ədəd saxlanc yeri var. Mərkəzin sahə nəzarətçisi də elə əslən Laçın rayonundan olan Əli Cəmilzadə burada çalışması ilə qürur duyduğunu bildirir. Deyir ki, illərdir həsrətində olduğumuz Laçına qovuşmaq və burada çalışmaq bir vaxtlar bizlər üçün arzu və xəyal idi, lakin indi bütün istəklərimiz gerçəyə çevrilib. Mərkəzin fəaliyyəti barədə danışan sahə nəzarətçisi Əli bildirir ki, hazırda burada 15 nəfər çalışır və əksər işçilər də Laçın sakinləridir. Mərkəzin əsas fəaliyəti isə müxtəlif sort xırda buynuzlu heyvanların burada seleksiyasını təşkil etməkdir. Hazırda mərkəzdə 5 sort olmaqla 31 baş keçi saxlanılır. Əsasən xarici sortlardan ibarət Şamhələb, Honanlı, Alpin, Klis bə Saanen keçilər bəslənilir. Bunlardan Saanen keçiləri südlük digərləri isə ətlik üçün olan sortlardır. Həmçinin mərkəzdə 15 sort olmaqla 70 dən çox qoyun saxlanılır. Bunlar arasında türk sortlarından olan və iplik üçün nəzərdə tutulan merinos sortu, ətlik və südlük üçün isə merinos, akkaraman, sakız, asab ivesi kimi məhsuldar sortlar yer alır.

Mərkəzdə işləməsi ilə fəxr edən Tural Heydərovdur. Deyir ki, Laçında yaşamaq və burada işləmək özü belə insan üçün ən gözəl hədiyyədir. 31 il həstərində olduğumuz Laçında işləməyimlə qürur duyuram. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimiz və hərbçilərimiz sağolsunlar ki, onların sayəsində biz bu torpaqlara qovuşduq. Hər zaman valideyinlərimiz Laçın haqqlnda bizlərə danışardı, amma indi biz bir vaxtlar xəyallar qurduğumuz Laçınımızdayıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti