Bakı. Trend:
Hər iki valideynini itirən, qalmağa heç bir yeri və kimsəsi olmayanlara növbədənkənar bir otaqlı mənzillə təmin olunması təklif edilib.
Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin deputatı İlham Məmmədov Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında çıxış edib.
Deputat bildirib ki, bu cür şəxslərin sayı ölkədə çox az saydadır: “Rüfət Mehdiyev adlı gənc müharibədə döyüşüb və kimsəsi yoxdur. Həmin şəxsin də bu siyahıda olmasını çox istəyərdim”.