...

Masallı sakinindən odlu silah və narkotik aşkarlandı

Cəmiyyət Materials 18 Noyabr 2023 09:13 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Masallı sakinindən odlu silah və narkotik aşkarlanıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin dövriyyəsi, qanunsuz odlu silah-sursatın saxlanılması və daşınmasında şübhəli bilinən rayonun Boradigah qəsəbə sakini Zaur Rufullayev saxlanılıb.

Keçirilən baxış zamanı onun yaşadığı evdən 1 ədəd yivli odlu silah olan TOZ-8 markalı tüfəng, üzərindən isə həmin silaha aid patron və heroin aşkarlanaraq götürülüb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti