Bakı. Trend:
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Cenevrədə XI Qlobal Baku Forumuna və XXVII Ali Səviyyəli Toplantıya hazırlıq məqsədi ilə görüşlər keçirir.
Mərkəzin Baş Katibliyi Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru cənab Tedros Adhanom Qebreyesusu, BMT Cenevrə Ofisinin Baş Direktoru xanım Tatiana Valovaya və UNAIDS-in icraçı direktoru və Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini xanım Vinni Byanyima ilə görüşlər keçirərək, BMT Baş Assambleyası çərçivəsində keçirilən Ali Səviyyəli Toplantısının əhəmiyyəti, Mərkəzin üzvlərinin verə biləcəyi töhfələr, XI Qlobal Bakı Forumuna hazırlıq, Mərkəzin Cenevrədə təşkil edəcəyi XXVII Ali Səviyyəli toplantısı və Brazilyada keçiriləcək Böyük 20lər Sammitində mərkəzlə keçiriləcək toplantılar müzakirə edilib.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi fəaliyyətdə
olduqu 11il ərzində BMT strukturuna daxil olan Ümumdünya Səhiyyə
Yəşkilatı, UNİDO, Beynəlxalq Atom Enerji Agentliyi, BMT Qadın, BMT
Sivilizasiyalar Alyansı, BMT HİV/AİDS, Ümumdünya Ticarət Təşkilatı,
Beynəlxalq Miqrasiya Təşkilatı, Ümumdünya Kənd Təsərrüfatı
Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə
sıx əməkdaşlıq qurub.