Bakı. Trend:
Özbaşına antibiotik istifadəsi xəstəliyi ağırlaşdıra bilər.
Trend xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, terapevt Zakir Quliyev deyib.
O deyib ki, həkim məsləhəti olmadan dərman qəbul edilməsi yolverilməzdir:
“Dərmanlara çox meyilli olmaq lazım deyil. Heç bir dərman “məsum” deyil. Antibiotiklərin bəziləri acqarına, bəziləri yeməkdən sonra qəbul edilir. Antibiotiklər hər gün eyni saatda qəbul edilməlidir. Eyni zamanda da antibiotiklərin neçə gün qəbul edilməsi həkim göstərişi ilə olmalıdır”, - deyə o əlavə edib.