...

Hacıqabulda qanunsuz ov edən iki nəfər ƏLƏ KEÇİB

Cəmiyyət Materials 27 Noyabr 2023 09:30 (UTC +04:00)
Hacıqabulda qanunsuz ov edən iki nəfər ƏLƏ KEÇİB
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonun Muğan qəsəbəsi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən iki nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, araşdırmalarla onların Bakı şəhər sakini E.Xəlilov və Sumqayıt şəhər sakini A.Fərzəliyev olduqları müəyyən edilib.

Şöbə əməkdaşları tərəfindən həmin şəxslərdən 2 ədəd ov silahı, 1 ədəd səsgücləndirici və qanunsuz olaraq ovlanmış çöl ördəkləri aşkarlanaraq götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti