Bakı. Trend:
Ağdərə rayonunun yenidən yaradılması tarixi həqiqətdir. Bu gün müzakirə edilən layihələr regionların sosial-iqtisadi inkişafına, idaəretmənin təkmilləşdirilməsinə, insanların yaxşı şəraitdə məskunlaşmasına xidmətdir.
Trend xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Tahir Rzayev komitənin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, Kəlbəcərin 137 kəndi var və elə ərazi də var ki, orada çox az sayda ailə yaşayıb.
“Bu gün Azərbaycanda yaşayış məskənləri çoxdur. Ona görə də kəndlərin birləşdirilməsi yaxşı addımdır. Muzeylər, məktəblər və obyektlər olacaq. İnsanlar da bunların ətrafında yaşayacaqlar. Azad edilən ərazilərdə kəndlərin bir çoxu bərbad vəziyyətdədir, viran qoyulub. Prezident İlham Əliyevin dövlət büdcəsindən ayırdığı vəsaitlə həmin ərazilər yenidən bərpa olunacaq”, - deyə T.Rzayev əlavə edib.