...

Azərbaycanda distant təhsil formalaşdırılacaq?

Cəmiyyət Materials 28 Noyabr 2023 12:39 (UTC +04:00)
Azərbaycanda distant təhsil formalaşdırılacaq?
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Distant təhsilin meyarları mövcud deyil. Pandemiya hər kəsə sübut etdi ki, biz bu formada təhsil verə bilirik.

Trend xəbər verir ki, bu barədə Elm və Ali təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.

“Texniki olaraq distant təhsil formasını bacardıq. Bu qeyri-standart bir şərait idi. Nazirlik tərəfindən biliklərin mənimsənilməsi ilə bağlı araşdırma aparılıb və nəticələr yüksək olmayıb.T ələbələrin bir çoxu distant növ tədris prosesinə sadəcə formal olaraq qoşulur və kameranı söndürüb öz işini görür. Bu da istər-istəməz formal təhsilə çevrilir və bunu tam idarə etmək çətindir. Bu zaman halda həmin tələbənin bilik və bacarığa nə qədər sahiblənməsi sual altında qalır. Distant təhsil növünü heç də bütün sahələrə, ixtisasa tətbiq etmək mümkün deyil”,- deyə o, bildirib.

Qeyd edək ki, “Effektiv kommunikasiya” mövzusunda seminar keçirilir. Seminarda Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Elm və Ali təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Peşə təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti