Bakı. Trend:
Ümumi yığıncaqda AMEA-nın regional elmi bölmələrinin sədri vəzifəsinə seçkilər də keçirilib.
Trend xəbər verir ki, seçkinin nəticəsinə əsasən, akademik İsmayıl Hacıyev AMEA-nın Naxçıvan Bölməsinin, akademik Fuad Əliyev isə AMEA-nın Gəncə Bölməsinin sədri vəzifəsinə seçiliblər.
Qeyd edək ki, bu gün AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilir. Ümumu yığıncaqda bir sıra təşkilati məsələlər müzakirə edilir.