...

Sabah Naxçıvanda su kəsiləcək

Cəmiyyət Materials 29 Noyabr 2023 15:32 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan şəhəri 10-cu küçə ərazisində su xəttində qəza baş verib.

Trend xəbər verir ki, bu barədə Naxçıvan Şəhər İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, qəzanın aradan qaldırıması üçün aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 30 noyabr 2023-cü il tarixdə səhər saat 09:00-dan axşam saat 21:00-dək şəhərin 56, 58, 59, 60, 61-ci məhəllələrinə, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərinə suyun verilməsi müvəqqəti dayandırılacaq.

Qeyd edilib ki, Əliqulu Qəmküsar və Babək məhəllələrində isə suyun təzyiqində azalmalar olacaq.

Xəbər lenti

Xəbər lenti