...

Təhsildə məzmun dəyişikliyi qısa müddət ərzində baş vermir - Nazir

Cəmiyyət Materials 4 Dekabr 2023 10:29 (UTC +04:00)
Təhsildə məzmun dəyişikliyi qısa müddət ərzində baş vermir - Nazir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Təhsil elə bir sahədir ki, məzmun dəyişikliyi qısa müddət ərzində baş vermir.

Trend xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev “SAF2023” Beynəlxalq STEAM Azərbaycan Festivalının açılış mərasimində çıxışı zamanı deyib.

“Elm və Təhsil Nazirliyi olaraq qarşımızda duran məqsəd 2025-ci ildə hazırlanacaq təhsil strategiyasında “3D print” kimi sahələri milli kurikulumda, tədris proqramında yer almasıdır”, - deyə nazir əlavə edib.

Qeyd edək ki, Beynəlxalq STEAM Azərbaycan Festivalı - SAF 2023-ün açılış mərasimi keçirilir.

Mərasimdə elm və təhsil naziri Emin Əmrullayev, dövlət qurumlarının rəsmiləri ( nazirlər, nazir müavinləri, PA-nın rəsmiləri və s.), millət vəkilləri, rektorlar, özəl şirkət nümayəndələri və digər qonaqlar iştirak edir.

Xəbər lenti

Xəbər lenti