...

Xəzərdə dalğanın hündürlüyü 2 metri keçib - FAKTİKİ HAVA

Cəmiyyət Materials 5 Dekabr 2023 15:27 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün saat 15:00-a olan məlumata əsasən, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur.

Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 23-26 m/s, Gəncədə 24 m/s, Mingəçevirdə 23 m/s, Şəki, Neftçala, Tərtərdə 20 m/s, Goranboy, Naftalanda 19 m/s, Bərdədə 18 m/s, Ağdamda 16m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.5 metrə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti