...

Türkiyədə hərbçilərimizin iştirak etdiyi beynəlxalq təlimdə şərti dəniz minaları zərərsizləşdirildi

Cəmiyyət Materials 5 Dekabr 2023 16:55 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə Azərbaycan hərbçilərinin iştirak etdiyi “Nusret-2023” beynəlxalq hərbi təlimləri çərçivəsində şərti minalar zərərsizləşdirilib.

Trend bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, C-130 tipli təyyarə ilə havadan dənizə mina düzülüb. Sonra dalğıclar həmin minaları zərərsizləşdirib. Şərti əməliyyat zamanı yaralanan şəxsi heyətin təxliyəsi həyata keçirilib.

Qeyd edək ki, təlimlərdə Azərbaycanla yanaşı, Bəhrəyn, Braziliya, Bolqarıstan, Cənubi Koreya, Filippin, Küveyt, Malaziya, Pakistan və Oman iştirak edir.

Təlimlər dekabrın 6-da başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti